Suy He

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Suy He
Doğum tarixi 23 sentyabr 1989(1989-09-23) (35 yaş)
Doğum yeri
Fəaliyyəti aktrisa, model[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Suy He (çin. 何穗; 23 sentyabr 1989, Vençjou[d], Çjetszyan[1][2]) – Çin modeli və aktrisası. İlk Şərqi Asiya modelidir ki, Ralph Lauren brendinin podiumuna çıxıb və ikinci çinli modeldir ki, Victoria's Secret Dəb Şousunda çıxış edib.[1][3] Suy "W" jurnalının üzlüyündə də yer almışdır.[4]

23 sentyabr 1989-cu ildə Çinin Çjetszyan əyalətinin Vençjou şəhərində doğulmuşdur. Yeddi il boyunca şəhərin üzgüçülük komandasının üzvü olmuşdur.[5]

17 yaşında liseydə təhsil alarkən yerli modellik müsabiqələrinin birinə qatılaraq qalib olmuşdur. Müsabiqənin qalibi kimi Pekində Bentley Culture Development şirkəti ilə müqavilə imzalamışdır.

2013-cü ildə Suy He Models.com saytı tərəfindən "Top-50 qadın model siyahısı"nda 13-cü yerdə göstərilmişdir.[6] O, Models.com saytının 2011-ci ildəki eyni siyahısına da düşmüşdür.[7]

Podiumda ilk debütü 2011-ci ilin yaz/yay mövsümündəki Sevgi, seks və pul şousunda olmuşdur. 2011-ci ilin payız/qış mövsümündə Nyu-Yorkda Ralph LaurenVivienne Tam üçün modellik etmiş, Milanda Dolce & Gabbana üçün, Parisdə üçün isə Shiatzy ChenDries van Noten üçün podiuma çıxmışdır.[1][8] Həmin mövsüm göstərdiyi uğurlardan sonra "New York Magazine" tərəfindən 2011-ci ilin payız mövsümünün top-10 siması və style.com saytının top-10 yeni modeli siyahılarına düşmüşdür.[9] Chanel, Dior, Helmut Lang, Hermes, Hervé Léger, Jean Paul Gaultier, Missoni, Mugler, Oscar de la Renta, Ralph Lauren və Y-3 brendlərinin pret-a-porte şouları üçün modellik etmişdir.[10] Chanel, Dior və Jean-Paul Gaultier brendlərinin kuturye şoularında iştirak etmişdir.[10]

Suy Hen 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017 və 2018-ci illərdə Victoria's Secret Dəb Şousunun iştirakçısı olmuşdur. O, Lü Vendən sonra bu şouda iştirak edən ikinci Şərqi Asiya modelidir.[1]

2011-ci ilin oktyabrında "W" jurnalının üzlüyündə yer almışdır.[4] "Vogue China" jurnalının 6-cı yubiley üzlüyündə digər çinli modellərlə birlikdə yer almışdır.[10] "i-D" və "V" jurnallarının üzlüklərində də görünmüşdür.[10]

2012-ci ildə Shiseido brendinin ilk asiyalı qlobal sözcüsü seçilmişdir.[3] Nəşr kampaniyası üçün Nik Nayt tərəfindən fotoları çəkilmişdir.[1][10]

İlk iştirak etdiyi dəb kampaniyası 2011-ci ilin yaz/yay mövsümündə Bruno Cucinelli brendinin kampaniyası olmuşdur.[10] İlk böyük kampaniyası üçün 2011-ci ilin payız/qış mövsümündə iştirak etdiyi Ralph Lauren kampaniyasıdır.[10] 2012-ci ilin payız/qış mövsümündə və 2012-ci ilin yaz mövsümündə Karl Lagerfeld kampaniyalarında iştirak etmişdir.[10] H&M kampaniyalarının iştirakçısı olmuşdur.[10]

2015-ci ildə "Sən mənim günəş işığımsan" filmində çəkilmişdir.[11]

  • Qaçmağa davam et (2020)
  • Peqasus (2019)
  • Naqa mirvarilərinin əfsanəsi (2017)
  • Qaçan adam Çin (2016)
  • Sən mənim günəş işığımsan (2015)
  • Müvəqqəti ailə (2014)
  1. 1 2 3 4 5 "Sui He". New York Magazine. 12 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2012.
  2. "Sui He". fashionmodeldirectory.com. 16 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2012.
  3. 1 2 "Goodbye". 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-13.
  4. 1 2 Lim, James. "Relatively Unknown Chinese Model Sui He Scores W Magazine's November Cover". New York Magazine. 31 October 2011. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2012.
  5. Blasberg, Derek. "Meet the Cover Model: Sui He". mrblasberg.com. 16 December 2011. 20 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 December 2012.
  6. "Sui He". models.com. 11 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2012.
  7. Sterling, Wayne. "2011 Top Women". models.com. 31 December 2011. 22 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 December 2012.
  8. "Fall 2011's Top Ten New Faces: Sui He". New York Magazine. 17 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 December 2012.
  9. "Fall 2011's Top Ten New Faces". New York Magazine. 17 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 December 2011.
  10. 1 2 3 4 5 6 7 8 9 "Sui He". models.com. 22 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2012.
  11. 何以笙箫默 (2015). movie.douban.com (çin). douban.com. May 28, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 1, 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]