Qızıl hərisliyi (film)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qızıl hərisliyi
ing. The Gold Rush
Janr Komediya
melodram
Rejissor Çarli Çaplin
Prodüser Çarli Çaplin
Ssenari müəllifi Çarli Çaplin
Baş rolda Çarli Çaplin
Operator Roland Totero
Bəstəkar Çarli Çaplin
Montajçı Çarli Çaplin
İstehsalçılar Charles Chaplin Productions
United Artists
Distribütor Netflix
İlk baxış tarixi 26 iyun 1925
Filmin növü bədii film
Müddət 96 dəqiqə
Büdcə $923 min
Gəlir $2.5 milyon (ABŞ/Kanada)
$4 milyon (dünya ölkələrində)
Ölkə ABŞ ABŞ
Dillər ingilis dili
İl 1925
Rəng ağ-qara
Çəkiliş yeri Kolorado
IMDb ID0015864
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
The Gold Rush

Avara (Çarli Çaplin) Alyaska Qızıl hərisliyində iştirak etmək üçün Yukona gedir. Pis hava onu uzaq bir dağ-mədən kəşfiyyatçısı Qara Larsenin (Tom Mürrey) yaşadığı bir daxmaya gətirir. Buradan canını qurtarmış qaçqın onların, yəni qaçqınla kəşfiyyatçının yolları ayrılandan sonra kəşfiyyatçının tələbi ilə onlar döyüşürlər. Uzun çəkən döyüşdən sonra Böyük Cim (Mak Sveyn) Qara Larsenə qalib gəlir və onun evində qalacağını deyir. Vəziyyəti qiymətləndirən avara da sığınacaqda qalmaq üçün qalib Cimin tərəfini saxlayır. Nəticədə onların üçü də daxmada qalır.

Amma bu soyuq daxmada yeməyə heç nə yoxdur. Onlar püşk ataraq Qara Larseni yemək dalınca göndərirlər. Larsenin xəbəri də yoxdur ki, qanun işçiləri onu axtarırlar. Təsadüfən Larsen qanun işçiləri ilə qarşılaşanda onlarlar mübarizə edir və hər ikisini öldürür. Qara Larseni gözləməkdən yorulan Cim və avara aclıqdan gözləyə bilmirlər. Onlar avaranın çəkməsini bişirib yeyirlər. Sonra yenə də acanda artıq avara Cimin gözünə toyuq kimi görünür. Onu ovlamaq istəyəndə avara hiylə ilə Cimin tüfəngini alır.

Yemək axtarmağa gedən Qara Larsen isə bu vaxt ərzində Böyük Cimin qızıl yatağını ələ keçirir. Avara təsadüfən daxmaya girmiş ayını tüfənglə vurur. Onlar nahar edib Böyük Cimlə ayrılırlar. Cim oğurlanmış qızıl yatağını tapır. Ancaq Qara Larsen onunla vuruşur və başına zərbə endirir.

Bir müddət sonra bu hər tərəfi buz olan məkanda şəhər meydana gəlir. Burada "Monte Karlo rəqs zalı" fəaliyyətə başlayır. Bir gün avara da axtarışlardan imtina edərək bura gəlir. Burada işləyən Corciya (Corciya Heyl) adlı qız öz sevgilisini qısqandırmaq üçün avara ilə (rəqs zalının ən kasıb və məzlumu ilə) rəqs edir.

Böyük Cim Qara Larsenin zərbəsindən sağ qurtarsa da yaddaşını itirir. Avara digər bir dağ-mədən mühəndisinin evində məskunlaşıb. Bu çox mehriban insan olan Henk Körtisdir. O, öz həmkarı ilə tədqiqata gedəndə evi avaraya tapşıraraq gedir. Ev yeri düzələndən sonra avara ancaq artıq vurulduğu rəqs zalının işçisi Corciya haqqında fikirləşir. Və elə bu zaman rəfiqələrilə bu evin yanında gəzməyə çıxan həmin qızla rastlaşır. Avara onları evə dəvət edir. Gedərkən onların yenə gələcəyini soruşur. Qız avaraya gördüyü insanları yeni il gecəsi gözləməsini deyir.

Avara qızın dediyi kimi də edir, süfrə hazırlayır və Corciyanı öz rəfiqələri ilə birlikdə gözləyir. Yeni il gecəsi qız verdiyi vədi unudur. Avara da gözləyib-gözləyib evdən çıxır. Qızın çox keçmiş öz vədi yadına düşür. O, Cek və rəfiqələrini də götürüb avaranın qaldığı evə gedir. Evə daxil olanda otağı və süfrəni hazır görüb hər şeyi başa düşür.

Səhərisi gün avara rəqs zalına gəlir. İçəri girən kimi ona Corciyadan məktub verirlər. Məktubda yazılıb: "Gələ bilmədiyim üçün məni bağışlayın. Mən sizi görmək və hər şeyi başa salmaq istəyirəm. Corciya". Məktubu oxuyan avara sevinə-sevinə rəqs zalında qızı axtarır. O, Corciyanı tapır və onu sevdiyini deyir.

Bu vaxt orada yaddaşını itirmiş Cim qızılların yerini öyrənmək üçün elə avaranı axtarırdı. Onu görən kimi qolundan tutub daxmasına gətirir. Gecə hər ikisi daxmada qalırlar. Səhər isə onlar çovğundan uçuruma aşacaq evdən qurtulmaq istəyirlər. Elə bu vaxt Böyük Cim daxmasının yanında axtardığı qızıllarını tapır. O, avaranı qucaqlayaraq "Biz artıq varlıyıq" deyir.

Onlar dostlaşırlar və hər ikisi milyonçuya çevrilir. Birlikdə gəmi ilə Alyaskaya "əlvida" deyərək evə qayıdırlar. Bu gəmidə kiçik "avara" təsadüfən Corciya ilə rastlaşır. Film xoşbəxt sonluqla bitir.

  • 1942-ci ildə Çaplin "Qızıl hərisliyi"nin yeni versiyasını ortaya çıxarır. Beləliklə, 1925-ci ildə çəkilmiş səssiz filmə musiqi və mətn əlavə olundu. Film üzərində digər redaktə işləri aparıldı. Bu işlər filmi bir neçə dəqiqə qısaltdı. Çaplin, bundan başqa bir neçə danışıq yerlərini dəyişdi. Filmin sonundakı öpüş səhnəsi çıxarıldı.

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Çarli Çaplin
Rejissor: Çarli Çaplin
Operator: Roland Totero
Bəstəkar: Çarli Çaplin
Prodüser: Çarli Çaplin
Aktyor/ Aktrisa Obrazı
Çarli Çaplin qızıl axtaran avara
Corciya Heyl Corciya
Mak Sveyn Böyük Cim
Tom Mürrey Qara Larsen
Henri Berqman Henk Kyortis
Malkolm Ueyt Cek Kameron