Orlean
Orlean | |
---|---|
Orléans | |
47°54′08″ şm. e. 1°54′15″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 116 m, 90 m[3], 124 m[3] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 45000[5], 45100[5] |
Digər | |
orleans-metropole.fr | |
Vikianbarda əlaqəli mediafayllar |
Orlean — Fransada şəhər, Luar departamentinin inzibati mərkəzi. Əhalisi (1999): 113,126. Mühüm nəqliyyat qovşağı, iri sənaye mərkəzidir.
Orlean qədimdə Senabum adlanmışdır. E.ə. I əsrdə Yuli Sezar dağıtdırmışdı. III əsrdə Roma imperatoru Avrelianın hakimiyyəti dövründə bərpa edilmiş və V əsrdən onun şərəfinə Avrelianum adlanmağa başlamışdır. 6 əsr-7 əsrin əvvəlində Orlean krallığının mərkəzi olmuş, X əsrdən mühüm qalaya çevrilmiş, XII əsrdə iri ticarət mərkəzi kimi formalaşmışdı. 1309-cu ildə universitetin əsası qoyuldu. Yüzillik müharibə dövründə 7 ay ingilislər tərəfindən mühasirədə olmuş, 1429-cu ilin mayında Janna d'Arkın başçılığı ilə fransız qoşunları azad etmişdi. Fransada dini müharibələr dövründə (XVI əsr) Orlean hugenotların istinadgahlarından biri idi. 1940-cı ilin iyununda alman qoşunları tutmuş, 1944-cü ilin avqustunda müttəfiqlərin birgə silahlı qüvvələri tərəfindən azad edilmişdir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 archINFORM (alm.). 1994.
- ↑ répertoire géographique des communes. Institut national de l'information géographique et forestière.
- ↑ 1 2 répertoire géographique des communes. Institut national de l'information géographique et forestière, 2015.
- ↑ Populations légales 2021. Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu, 2023.
- ↑ 1 2 Base officielle des codes postaux. La Poste, 2018.