40°19′ şm. e. 49°52′ ş. u.HGYO

Mirvari (kafe)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mirvari
1962-ci ildə "Mirvari" kafesi
1962-ci ildə "Mirvari" kafesi
Xəritə
Ümumi məlumatlar
Növü Kafe
Memarlıq üslubu Konstruktivizm
Ölkə Azərbaycan
Şəhər Bakı
Koordinatlar 40°19′ şm. e. 49°52′ ş. u.HGYO
Açılma 1962
Texniki detallar
Material Dəmir-beton
Dizayn və konstruksiya
Memar Vadim Şulqin
R. Şərifov
İnkişaf etdirən Əliş Lənbəranski
Struktural mühəndis N. Nikinov
A. Gelfat

"Mirvari" kafesiAzərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon. Kafe Bakı bulvarında yerləşir. Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakının görünüşünü dəyişdirən bir çox obyektlərdən biri hesab olunur.[1]

Meksikada "Los Mantiales" restoranı

"Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir.[2] O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir.[3]

Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu.[4] Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi.[5] Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi.[5] 1962-ci ildə kafe hazır olur.[5]

Əvvəlcə kafeni Xəzər dənizinin sahilində yerləşdirmə planları olsa da, 1970-ci illərdə dəniz sürətlə geri çəkilməyə başladıqdan sonra "Mirvari" quruda qaldı.[3]

Sovet dövründə kafe simvolik olaraq bulvarı "dəbdəbəli" qərb hissəsinə və "bədbəxt" şərq hissəsinə bölürdü.[6]

2008-ci ildə kafedə bərpaolunma işləri görülüb.[3] Bərpaolunma Almaniya mütəxəssisləri ilə birgə hazırlanan layihəyə əsasən edilib.[7] 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Dənizkənarı Milli Parka gələrək, kafedə həyata keçirilən abadlıq və yenidənqurma işləri ilə tanış olmuşdur.[8]

2017-ci ilin dekabrın 11-i, saat 22:00 radələrində "Mirvari" kafesinin üzərinə ağac düşüb.[9] Nəticədə restoranın dam örtüyü zədələnib.[9] Hadisə zamanı xəsarət alan olmayıb.[9]

1960-cı illərdə "Mirvari" kafesi

Modernist üslubda dizayn edilmiş kafedə, kultun düz bucaqdan əyri orqanik formalara keçidi diqqət çəkir.[6] Kafe mirvarinin qabığı şəklində dəmir-betondan tikilib. Kafenin interyeri böyük dalğa üslubunda formalaşmışdır.[4]

50 qonaq üçün hazırlanan kafe, 5 sm qalınlığında hiperbolik paraboloidlərdən ibarət 8 qabıqdan ibarətdir. Bakı buxtası pavilyonun terrasından görünür.[10] Sənətşünas Leonid Bretanitskinin sözlərinə görə, zərif və cəlbedici kafenin pavilyonu təəssürat yeri çox yaxşı seçilməyən və düşünülməmiş plan quruluşu səbəbindən itirilir.[11] Memar Ənvər Qasımzadənin sözlərinə görə, kafe binasının arxitekturası "Sovet xalqının estetik ideallarına yaddır və sosialist realizminin ən vacib tələblərindən — doğruluqdan, tarixi konkretlikdən, ideoloji istəkdən uzaqdır".[2]

  1. "Sovet Bakısının "Mirvari"si: Hər şey necə başladı? - FOTO". oxu.az. oxu.az. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2020.
  2. 1 2 Касим-заде, 1967
  3. 1 2 3 Буланова О. Жемчужина стиля // Эхо : газета. — 2015. — 15 августа.
  4. 1 2 Советское декоративное искусство 1945–1975. — М.: Искусство, 1989. — С. 237. — 392 с.
  5. 1 2 3 "MİRVARİ KAFESİ". bulvar.gov.az. bulvar.gov.az. 2020-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 mart 2020.
  6. 1 2 Дариева, Цыпылма. Стерилизуя публичное пространство? Бакинская набережная как променад истории. // Неприкосновенный запас 6 (2011): 80.
  7. Salmanlı R. Milli Park görünüşünü dəyişir (азерб.) // Azərbaycan : газета. — 2009. — 1 may. — S. 5.
  8. AzərTAc. Azərbaycan Prezidenti İlham Əliyev Dənizkənarı Milli Parkda abadlıq və yenidənqurma işləri ilə tanış olmuşdur (азерб.) // Azərbaycan : газета. — 2009. — 26 iyun. — S. 2.
  9. 1 2 3 "Bakının əfsanəsinin üstünə ağac aşdı". sputnik.az. sputnik.az. 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2020.
  10. Мехтиев, 1979
  11. Бретаницкий, 1970

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]