40°30′30″ şm. e. 49°46′15″ ş. u.HGYO

Masazır gölü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Masazır gölü
Ümumi məlumatlar
Eni 2.100 km
Uzunluğu 4.700 km
Su tutumu 10 km²
Dərin yeri 3 m
Orta dərinliyi 1.6 m
Minerallaşma tipi duzlu
Duzluluğu 330 
Yerləşməsi
40°30′30″ şm. e. 49°46′15″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
  • Abşeron
Masazır gölü xəritədə
Masazır gölü
Masazır gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Masazır gölüBakıdan 21 km uzaqlıqda, Abşeron rayonunun Masazır qəsəbəsinin yaxınlığında yerləşən göl. Sahəsi — 10 km²-dir.

Duzlu, xloridli və yüksək konsentrasiyalı sulfat suya qırmızı rəng verir. Duzluluğun yüksək səviyyəsi ilə əlaqədar, bitki və fauna aləmi praktik olaraq yoxdur.

Göldən 1813-cü ildən mütəmadi olaraq duz çıxarılır. Gölün qida duz ehtiyatları təxminən 1735 milyon ton təşkil edir. Gölün sahilində duz istehsal edən zavod yerləşir. Göldən duz, suyun səthində olan duz layı şəklində və suyun tərkibində olan məhlul şəklində çıxarılır.

Ətraf mühitin və göldə ekoloji durumun yaxşılaşdırılmasına xüsusi həssaslıqla yanaşan Azərbaycan Duz İstehsalat Birliyinin təşkilatçılığı ilə göldə ekoloji durumun yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə birgə mütəmadi olaraq monitorinqlər aparılır, tullantıların təmizlənməsi üçün iməcilik təşkil olunur.

Masazır gölü

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]