Müzakirə:Malakanlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Adlandırma məncə düz deyil. Bu icma "molokanlar" yox, "malokanlar" ya "malakanlar" adlandırılır Azərbaycanda. Sözün əsasını da ruscadakı "молоко" (süd), yox "мало" (az) təşkil edir. Hər halda mən bu sahə üzrə mütəxəssis deyiləm, etimologiya mütəxəssisləri fikirlərini bildirsələr yaxşı olar. --Sortilegus 18:32, 8 İyun 2010 (UTC)

Müxtəlif mənbələrdə müxtəlif cür yazılır. Amma ru-vikidə də göstərilir ki, ifadə "moloko" sözündən yaranmışdır. Bəlkə redirekt qoyaq? --Ira 18:41, 8 İyun 2010 (UTC)

Molokanlar. Saf ruh (film, 2004) məqaləsinin adında da "molokanlar" yazılıbdır. --Ira 18:48, 8 İyun 2010 (UTC)

Oxudum ru vikidəki məqaləni. Hələlik bütün istiqamətləndirmələri "Molokanlar" məqaləsinə qoyaq. "Kürdlər", "Udinlər" məqalalələri ilə bağlı xeyli müzakirə açıldı, hələ əks-sədası səngiməyib. Təzə bir müzakirə obyekti yaratmayaq. --Sortilegus 18:56, 8 İyun 2010 (UTC)

Haqlısız --Ira 19:18, 8 İyun 2010 (UTC)

Malakanlar haqqında müzakirə başlat

Müzakirə başlat