Lavandayarpaq poruq
Lavandayarpaq poruq | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Lavandayarpaq poruq |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Lavandayarpaq poruq (lat. Stachys lavandulifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.
Qısa morfoloji təsviri
[redaktə | mənbəni redaktə et]15-20 sm hündürlükdə yarımkolcuqdur. Gövdələri çoxsaylıdır. Yarpaqları uzunsov, xətti-lansetvari və ya xətti, 4-7 sm uzunluqda, 2-5 mm enindədir. Köbələri 4-6 çiçəkli, uzunsov çiçək qrupunda 17 sm uzunluqda və 4 sm enindədir. Kasacıq 2-3 sm uzunluqdadır. Çiçək tacı parlaq-çəhrayı, kasacıqdan qısa; yuxarı dodağı aşağı dodağından qısa, uzunsov-dəyirmi, aşağı-üçdilimli, dərin oyuqlu, iri, orta dilimlidir. Tozcuqları 3 mm uzunluqda, yumurtavari, üçtilli, tünd-qəhvəyi rənglidir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]May-iyul (avqust) aylarında çiçəkləyir, iyun-avqust aylarında toxumlayır. Aşağı və orta dağ qurşaqlarının (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) qayalı, daşlı və gilli yamaclarda, töküntülü və əhəngli yerlərdə və çaqıl çay daşları arasında rast gəlinir. Dekorativ bitkidir.
Yayılması
[redaktə | mənbəni redaktə et]Kiçik Qafqazın mərkəzi, Naxçıvanın və Lənkəranın dağlıq hissəsi, Diabar ərazisidir.
Sayı və tendensiyası
[redaktə | mənbəni redaktə et]Bir neçə lokalitetlərində azalma tendensiyası müşahidə olunur.
Məhdudlaşdırıcı amillər
[redaktə | mənbəni redaktə et]Əhali tərəfindən toplanması iqlim amillərinə həssaslıq və intensiv otarılmasıdır.
Mühafizə tədbirləri
[redaktə | mənbəni redaktə et]Populyasiyanın strukturunun öyrənlməsi və yayılma yerlərində mühafizə tədbirlərinin həyata keçirilməsi vacibdir.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]Homotipik sinonimləri
[redaktə | mənbəni redaktə et]- Zietenia lavandulifolia (Vahl) Link
Heterotipik sinonimləri
[redaktə | mənbəni redaktə et]- Sideritis calycantha M.Bieb.
- Stachys boissieri Kapeller
- Stachys calycantha M.Bieb.
- Stachys lavandulifolia var. glabrescens R.Bhattacharjee & Hub.-Mor.
- Stachys tomentosa Bunge
- Stachys zuvandica Rzazade
- Zietenia orientalis Gled.