Laslo Köver

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Laslo Köver
mac. Kövér László
bayraq
Macarıstan Milli Məclisinin sədri
6 avqust 2010 – vəzifədədir
ƏvvəlkiPal Şmit
bayraq
Macarıstan prezidenti
2 aprel 2012 – 9 may 2012
ƏvvəlkiPal Şmit
SonrakıYanoş Ader
Şəxsi məlumatlar
Doğum tarixi 29 dekabr 1959(1959-12-29) (65 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Uşağı 3
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • hüquq elmləri üzrə doktor[d] (1986)
koverlaszlo.hu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Laslo Köver (mac. Kövér László; 29 dekabr 1959, Papa[d], Vesprem) — Macar siyasi xadim, Macarıstan Milli Məclisinin sədri[1]

Laslo Köver 29 dekabr 1959-cu ildə Macarıstanın Vesprem şəhərində anadan olmuşdur. 1987-ci ildə orta məktəb müəlliməsi Maria Beklə ailə həyatı qurmuş, cütlüyün 3 övladı dünyaya gəlmişdir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Laslo Köver 1988-ci ildə FİDES partiyasının qurucusu Viktor Orbanın hökumətində Mülki Kəşfiyyat Xidmətləri üzrə nazir vəzifəsində çalışmışdır. Köver 2000-ci ildə partiya rəhbəri seçilsə də 2001-ci ildə bu vəzifədən istefa verdi.

2010-cu ildə Pal Şmit Macarıstan prezidenti seçilərək Milli Məclisin sədirliyi vəzifəsindən getdi. Nəticə də Laslo Köver 2010-cu il avqustun 5-də Macarıstan Milli Məclisinin yeni sədri oldu.

2 aprel 2012-ci ildə Pal Şmit prezident vəzifəsindən istefa etdikdə Laslo Köver müvəqqəti olaraq prezident vəzifələrini icra etdi. 2012-ci il 10 may seçkilərində Yanoş Ader prezident olması ilə Köver əvvəlki vəzifəsinə geri qayıtdı.

  1. "Dr. Kövér László". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-16.