46°26′ şm. e. 142°05′ ş. u.HGYO

Krilon yarımadası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Krilon yarımadası
Yerləşməsi
46°26′ şm. e. 142°05′ ş. u.HGYO
Akvatoriya Oxot dənizi, Yapon dənizi
Ölkə  Rusiya
Krilon yarımadası xəritədə
Krilon yarımadası
Krilon yarımadası

Krilon yarımadası (rus. Полуостров Крильон) — Saxalin adasının cənub-qərbində yerləşən yarımada.

Yarımada ərazisi üçbucaq formaya malik olub, mərkəzi hissəsi dağlıqdır. Buradan Cənubi-Kamışovı dağ silsiləsi keçir. Sahilləri sıldırımlıdır. Uzununluğu 100 km təşkil edir. Cənub ucqar nöqtəsini Krilon burnu tutur. Ən hündür dağları Bambukovaya (588 m), Xmelniski (447 m), Sivuxa (502 m), Maquya (323 m), Perelesnaya (472 m), Taranaya (518 m)[1] Yarımadanın səthi tayqa ilə örtülüdür. İsti Susim cərəyanının təsisinə məruz qaldığından Saxalin adasının ən isti bölgəsidir.

Yarımada ərazisində qədim Krilon şəhərçiyinin qalıqları mövcuddur[2]

  1. "Krilon yarımadası". 2008-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-02.
  2. "Krilon şəhərçiyi". 2008-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-02.