Henri Bessemer

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Henri Bessemer
ing. Henry Bessemer‎
Doğum tarixi 19 yanvar 1813(1813-01-19)[1][2][…]
Vəfat tarixi 15 mart 1898(1898-03-15)[1][2][…] (85 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Vest Norvud qəbiristanlığı[d]
Elm sahəsi metallurgiya
Üzvlüyü
Mükafatları Cəngavər bakalavrı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Henri Bessemer (19 yanvar 1813[1][2][…]15 mart 1898[1][2][…], London[3]) — ingilis mühəndisi və ixtiraçısı.

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

O ilk dəfə olaraq poladın ucuz qiymətə istehsal olunması üçün üsul təklif etmişdir. Bunu üçün o "Bessemer sobasını" ixtira edir. Əsas yenilik proses zamanı dəmir filizni sobaya verilən isti havanın köməyi ilə permanent qızdırmaqdan ibarət idi. 1856-cı ildə o, maye çuqundan polad və dəmir alınması üsulunu ixtira etmişdi. Bessemer 100-dən çox ixtiranın müəllifidir. Onun ixtiralarına markaların ştamplanması üçün alət, şəkər çuğunduru sıxan maşın (1849), çentrifuqal nasos (1850) və s. aiddirlər.

Henri Bessemer tökmə ustasının oğlu kimi dünyaya gəlir. Məktəbi bitirdikdən sonra atasının sexində işə başlayan Bessemer metalların tökülməsi və mexaniki emal texnologiyasının əsaslarını öyrənir. 1879-cu ildə o pensiyaya çıxarır və Kral Cəmiyyətinin (Royal Society) üzvü seçilir.

Bessemer ömrünün sonuna yaxın öz tərcümeyi-halını yazır. Bu kitab onun vəfatından sonra, 1905-ci ildə çap olunmuşdur.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Henry Bessemer, F.R.S., an autobiography. Institute of Metals, London, 1989, ISBN 0-901462-49-7 (Londonda çıxmış 1905-ci il nüsxəsi əsasında sonradan çap olunmuşdur)
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Henry Bessemer // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Бессемер Генри // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]