Elmira Axundova (siyasətçi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Elmira Axundova
bayraq
Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri
bayraq2
12 mart 2020 – 23 may 2023
ƏvvəlkiAzər Xuduyev
SonrakıSeymur Mərdəliyev
bayraq
Azərbaycan Respublikasının GUAM yanında daimi nümayəndəsi
bayraq2
12 Mart,2020 – 23 May, 2023
bayraq
Azərbaycan Milli Məclisinin deputatı
bayraq2
2005 – 2019
bayraq
Avropa Şurası Parlament Assambleyasının əvəzedici üzvü
bayraq2
23 yanvar 2006 – 16 aprel 2007
Şəxsi məlumatlar
Doğum tarixi 26 may 1953(1953-05-26) (71 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti ədəbiyyat tənqidçisi, tərcüməçi, siyasətçi, yazıçı, jurnalist, publisist
Həyat yoldaşı
Elmi fəaliyyəti
Elm sahəsi ədəbiyyat[1], publisistika[1], ədəbi tənqid[1]

Təltifləri "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 2018 "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2005 Azərbaycan Respublikasının Dövlət mükafatı — 2014 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2013
"Şöhrət" ordeni — 20032-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2023 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Elmira Hüseyn qızı Axundova (26 may 1953, Ramensk rayonu[d], Moskva vilayəti) — Azərbaycan Respublikasının Xalq yazıçısı (2018), nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikası Milli Məclisinin III (2005), IV (2010) və V çağırış (2015) deputatı, Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri (2020–2023). Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü(17.10.2023-cü ildən)

Elmira Axundova1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olmuşdur. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnmişdir. Sonra ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1976). İlk bədii tərcüməsini — Hüseyn İbrahimovun "Nəcibənin ürəyi" hekayəsini 1978-ci ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə "Literaturnıy Azerbaydjan" jurnalında çap etdirmişdir. Əmək fəaliyyətinə stenoqrafçı kimi başlamışdır (1971), sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977–1980) olmuşdur. Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləmişdir (1980–1988). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olmuşdur (1988–1991). "Literaturnaya qazeta"nın (1990–1998), "Azadlıq" radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993–2000), "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilmişdir (1991). Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvüdür (1995-ci ildən).

Hazırda Bakı Slavyan Universitetinin tərcümə nəzəriyyəsi və təcrübəsi kafedrasının dosentidir (2002-ci ildən). Onun tərtib və tərcümə etdiyi "Azərbaycanın gənc nəsri" antologiyası 1984-cü ildə "Yazıçı" nəşriyyatında kütləvi tirajla buraxılmışdır. Burada gənc Azərbaycan nasirlərinin seçmə hekayələri toplanmışdır. Son illər bədii publisistika janrında məhsuldar yaradıcılığı ilə seçilir: Rus dilində "Fərmanla əfv edilmişdir…" (2000), "Poliqrafçının ölümü" (2001), "Həqiqət anı" (2003), "Əlövsət Quliyev: o tarix yaradırdı" (2003, şərikli), "Bu bizik" (2003), "Yaşamaq əyyamı" (2003) kitabları kütləvi tirajla buraxılmışdır. Moskvada 1984-cü ilin mayında keçirilən gənc yazıçıların 8-ci Ümumittifaq müşavirəsində olmuş, Azərbaycan Yazıçılar İttifaqının bir sıra ədəbi tədbirlərinin təşkilati hazırlığında və keçirilməsində bilavasitə iştirak etmişdir. Xarici və rus mətbuatında müntəzəm çıxış edir.

2005, 2010 və 2015-ci illərdə Azərbaycan Milli Məclisinin üzvü seçilmişdir.

12 mart 2020-ci il Prezident İlham Əliyevin sərəncamı ilə Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 23 may 2023-cü il Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Fəxri adları və mükafatları

[redaktə | mənbəni redaktə et]

Xidmətlərinə görə H. Zərdabi adına mükafata layiq görülmüş, "Şöhrət" ordeni ilə təltif edilmişdir (2003).

30 oktyabr 2011-ci ildə "İslahatçı Gənclər" İctimai Birliyi Elmira Axundovanı hər il ənənəvi olaraq təqdim etdiyi "Xəzər" Milli Mükafatının növbəti qaliblərindən biri elan etmişdir.[2]

25 may 2018-ci ildə Elmira Axundovaya Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq yazıçısı fəxri adı verilib.[3]

25 may 2023-cü il Prezident İlham Əliyevin sərəncamı ilə Elmira Axundova Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.[4]

Ramiz Axundovun həyat yoldaşı idi.[5]

  1. Реализм Джалила Мамедкулузаде и опыт русской литературы XIX века. Баку: Язычы, 1988, 150 стр.

Tərcümələri

[redaktə | mənbəni redaktə et]
  1. Кара Намазов. Исскуство азербайджанских ашугов. Баку: Язычы, 1983, 184 стр.
  2. Исмаил Шыхлы. Золотая змея (сборник рассказов). Баку: Язычы, 1984,
  3. Молодая проза Азербайджана. Баку: Язычы, 1984,
  4. И. Шыхлы. Огненные дороги. М.: Воениздат, 1986, 204 стр.
  5. В. Бабанлы. Растревожная тишина. M.: Советский писатель, 1987, 510 стр.
  6. Б. Байрамов. Караванная дорога. Баку: Язычы, 1988, 350 стр.
  7. М. Сулейманов. Дни минувшие. Баку: Азернешр, 1990, 300 стр.
  1. Bir anın həqiqəti (film, 2003)
  1. 1 2 3 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-30.
  3. President.Az. "E.H.Axundovaya "Xalq yazıçısı" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 25.05.2018. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-26.
  4. AzərTAc. "Деятелям культуры и искусства вручена юбилейная медаль «100-летие Гейдара Алиева (1923–2023)»" (Turoyo). AzərTAc. 07.05.2024. İstifadə tarixi: 2024-05-08.
  5. "Millət vəkilinə ağır itki". 2018-01-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]