8°56′53″ şm. e. 125°32′35″ ş. u.HGYO

Butuan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şəhər
Butuan
City of Butuan
Bayraq
Bayraq
8°56′53″ şm. e. 125°32′35″ ş. u.HGYO
Ölkə  Filippin
Region Karaqa
Rayon Şimali Aqusan
Başçı Ronnie Visente Laqnada
Tarixi və coğrafiyası
Əsası qoyulub 31 yanvar 1901
Sahəsi 816.62 km2 km²
Mərkəzin hündürlüyü 144 m
Saat qurşağı UTCPST (UTC+8)
Əhalisi
Əhalisi 337,063 nəfər (2015)
Sıxlığı 410/km2 (1,100/sq mi)
Rəqəmsal identifikatorlar
Telefon kodu +63 (0)85
Poçt indeksi PST (UTC+8)
Digər
www.butuan.gov.ph
Xəritəni göstər/gizlə
Butuan xəritədə
Butuan
Butuan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ButuanFilippində şəhər. Aqusandel-Norte əyalətinin inzibati mərkəzi, Karaqa rayonunun ən böyük şəhəri.[1]

Əh. 309,7 min (2010).[1]

Mindanao adasının şimalında, Aqusan çayının Mindanao dənizinin Butuan buxtasına töküldüyü yerdədir. Transfilippin avtomagistralında avtomobil yolları qovşağı. Bərə yolu Mindanao adasıManila ilə birləşdirir. Yerli dəniz portu. Aeroport.[1]

İndiki Butuandan 5 km aralı olan ərazidə yaxşı vəziyyətdə qalmış ağacdan düzəldilmiş bir neçə dəniz gəmisi – “balanqay(uz. 15 m, eni 3 m) aşkar olunmuşdur. Gəmilər 320 ilə aid edilir. 7–15-ci əsrlərdə Butuan buxtasındakı məskən Çin, Şrivicayya və Macapahit İndoneziya dövlətləri ilə ticarət əlaqələri saxlamışdır. Məskənin “Butuan” adı ilk dəfə 11-ci əsrin əvvəllərində qeyd olunur. 1521-ci ildə F. Magellanın ekspedisiyası buraya çatmışdı; hesab edilir ki, Butuanda yerli racəsinin yanında Filippin İspaniyanın müstəmləkəsi elan olunmuşdu. Butuanda 1899-cu ildə Mindanao adasında ilk dəfə olaraq birinci Filippin respublikasının bayrağı (millətə məxsus müqəddəs əşya kimi xüsusi xəzinədə saxlanılır) qaldırılmışdı. 1901-ci ildən ABŞ-nin nəzarəti altında idi; 1907-ci ildən Aqusan  (1914-cü ildən Regionun tarixi və mədəniyyəti muzeyi (arxeologiya və etnoqrafiya ekspozisiyaları), “balanqay” qayıqları muzeyi; yepiskopluğun kilsə varidatı muzeyi; “Süprem” və s. teatrlar, ekoloji “İlk pasxa messası parkı” var.[1]

Butuan Aqusan çayı vadisi rayonunun ticarət-paylaşdırıcı (meşə tədarükü, qızıl hasilatı; abak, yağlı və kokos palması, banan, kasava və s. becərilməsi) mərkəzidir. Kənd təsərrüfatı xammalı, balıq və dəniz məhsullarının emalı müəssisələri fəaliyyət göstərir; sallaqxana və soyuducu var. Sərinləşdirici içkilər, tikinti materialları, taxtadan məmulatlar, bəzək əşyaları istehsal olunur. Aqusan-del-Norte) əyalətinin inz. mərkəzi olmuşdur. 1950-ci ildə şəhər, 1985-ci ildə iri şəhər statusunu almışdır.[1]

  1. 1 2 3 4 5 Butuan// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 134.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]