Bespin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çilidəki La-Silya rəsədxanası filmlərdə planeti təsvir etmək üçün istifadə edilmişdir.

Bespin — "Ulduz müharibələri" kainatında uydurma planet. Bespin qalaktikanın ucqar sektorunda yerləşən böyük bir qaz nəhəngidir.[1] Planetin iki peyki var və onun qaz kütləsində yaşayış üçün nazik əlverişli atmosfer təbəqəsi var.[2] Bespinin atmosferində dəbdəbəli meqapolis olan Bulud şəhəri, yanacaqdoldurma məntəqəsi olan Şinuk stansiyası və Uqnorqrad şəhəri yerləşir.[1] Planet bir çox həyat növlərinə ev sahibliyi edir. Bespində üzgüçülük hovuzları nadir bir lüks hesab olunur.[2] Planet ilk dəfə "Yeni ümid" (1977), sonradan isə "İmperiya cavab zərbəsi vurur" (1980) filmində nümayiş olunur.[1]

  1. 1 2 3 "Bespin". Star Wars Databank (ingilis). 11 oktyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2022.
  2. 1 2 Beecroft, Simon; Dougherty, Kerrie; Fry, Jason; Luceno, James; Lund, Kristin; Chasemore, Richard; Jenssen, Hans; Remillard, Kemp. Star Wars: Complete Locations (ingilis). DK Publishing. 2016. ISBN 9781465452726.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]