40°22′17″ şm. e. 49°50′11″ ş. u.HGYO

Müqəddəs Qriqori kilsəsi (Bakı)

Vikipediya, azad ensiklopediya
(Bakı Erməni Kilsəsi səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Müqəddəs Maarifləndirici Qriqori Kilsəsi
Bakı Erməni Kilsəsi
erm. Սուրբ Գրիգոր Լուսաւորիչի Եկեղեցի
Xəritə
40°22′17″ şm. e. 49°50′11″ ş. u.HGYO
Ölkə
Yerləşir N.Rəfibəyli küçəsi, 27
Aidiyyatı Erməni Qriqoryan Kilsəsi
Memar Karl Qippius
Tikilmə tarixi 1863–1869
Üslubu Xristian memarlığı
Vəziyyəti Depozitar fond saxlancı
İstinad nöm.3272
KateqoriyaKilsə
ƏhəmiyyətiYerli əhəmiyyətli
Müqəddəs Qriqori kilsəsi (Bakı)
Müqəddəs Qriqori kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müqəddəs Maarifləndirici Qriqori kilsəsi (erm. Բաքվի Սուրբ Գրիգոր Լուսավորիչ եկեղեցի, Bak’vi Surb Grigor Lusavorich yekeghetsi) və ya Bakı erməni kilsəsi (erm. Բաքվի հայկական եկեղեցի, Bak’vi haykakan yekeghetsi) — Bakı şəhərində erməni kilsəsi. Kilsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi, "Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı" siyahısına daxil edilmişdir (inventar nömrəsi № 3272).[1]

Müqəddəs Qriqori kilsəsi 1863–1869-cu illərdə inşa edilmişdir. Kilsənin memarı Karl Qippiusdur. 1888-ci ildə kilsənin zəng qülləsi tikilmişdir. Kilsə N. Rəfibəyli küçəsi 27-də yerləşir.

Qafqazın mülki işlər üzrə baş rəisi knyaz Q. Qolitsının qaldırdığı vəsatət əsasında 1903-cü il iyunun 12-də erməni kilsəsinin əmlakının Rusiyanın Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında İmperator qanunu imzalanmışdı. Bu qanunun qəbul edilməsindən sonra, başda bütün erməni kilsələri olmaqla, bütün erməni siyasi təşkilatları çar hökumətinə qarşı sui-qəsdlər və terror aksiyaları həyata keçirməyi qərara aldılar. Həmin qanun erməni kilsələrinin maliyyələşdirdiyi siyasi partiyaların maddi vəziyyətinə ciddi zərbə vurduğu üçün erməni terrorizminin genişlənməsinə, anti-rus, anti-müsəlman əhval-ruhiyyəsinin qızışmasına səbəb olmuşdu.

Tiflisdə Erməni Özünümüdafiə Mərkəzi Komitəsi yaradılmış, həmin komitə 12 iyun tarixli qanunun ləğv edilməsi üçün çar hökumətinə — mütləqiyyətə qarşı bütün mümkün vasitələrlə mübarizə aparacağını bəyan etmişdi.[2] 1905-ci il mayın 11-də gündüz saat 3-də erməni kilsəsinin yaxınlığında, Parapet bağı (indiki Fəvvarələr meydanı) ilə Voronsov (indiki Mirzə İbrahimov) küçəsinin kəsişdiyi yerdə hərəkət edən Bakının general-qubernatoru knyaz Mixail Nakaşidzenin faytonuna ermənilər bomba atırlar. Partlayan bombanın təsirindən Nakaşidze və onun yavəri ölürlər. Həmin vaxt hadisə yerindən təsadüfən keçən iki nəfər azərbaycanlı da həlak olurlar Partlayışa görə məsuliyyəti "Daşnaksutyun" partiyasının Mərkəzi Komitəsi öz üzərinə götürür.[3]

"Daşnaksutyun" partiyası ilə erməni-qriqorian kilsəsinin əlaqələri haqqında N. Şavrov yazır:[4]

" Bu zaman (yəni knyaz Qolitsının Qafqazın baş rəisi olan dövrdə) “Daşnaksutyun”un başında artıq erməni kilsəsinin başçısı katolikos dururdu və inqilabi hərəkatın əsas rəhbərləri, inqilabi işə xərclənmək üçün pulların toplayıcıları da din xadimləri idi. "

1945-ci ildən etibarən Azərbaycan yeparxiyasının mərkəzi olub.[5]

Kilsə kimi fəaliyyətini dayandırması

[redaktə | mənbəni redaktə et]

Amerika tədqiqatçısı Səmyuel Uimz "Ermənistan – terrorçu "xristian" ölkənin gizlinləri" əsərində yazır:[6]

" XX əsrin lap əvvəllərindən erməni kilsəsi ilə terrorçu siyasi hərəkatın birləşməsi bu gün də davam edir. Erməni kilsəsi üsyanları planlaşdıran və həyata keçirən terrorçuların qərargahı kimi fəaliyyət göstərir, terrorçular üsyan əmrini almaq üçün kilsə xadimlərinin qərarını gözləyir. "

1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin başlamasından sonra Ermənistanda yaşayan azərbaycanlılar deportasiya edildilər və onların bir qismi Bakıda məskunlaşdılar. Bakıda yaşayan ermənilər də tədricən şəhəri tərk etdilər. Bundan sonra Bakıdakı erməni kilsəsi öz fəaliyyətini dayandırdı.

Hal-hazırkı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

8 yanvar 1990-cı ildə Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin qərarı ilə XIX əsrin tarixi abidəsi hesab edilən erməni kilsəsinin qorunub saxlanması məqsədilə ona bitişik ərazidə yerləşən V. İ. Lenin adında Mərkəzi Şəhər Kitabxanasına müvəqqəti istifadə üçün verilmişdir.

2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Mərkəzi Şəhər Kitabxanası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansına verilmişdir və onun bazasında Prezident Kitabxanası yaradılmışdır. Həmin vaxtdan etibarən erməni kilsəsi də Prezident Kitabxanasının nəzarətindədir. Hazırda Erməni kilsəsində Prezident Kitabxanasının fondunda olan nadir erməni ədəbiyyatı fondu və depozitar fond saxlanılır.

26 aprel 2010-cu ildə bütün ermənilərin katolikosu II Qaregin və onu müşayiət edən din xadimləri kilsəni ziyarət etmişlər.

  1. "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-11-29.
  2. Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (ARPİİSSA), fond 276, siy. 8, iş 79, v. 72–74.
  3. "Гумбатова Тамара. Неправедные дела армянской церкви. «Вышка», № 19 (19611) от 12 мая 2006 года". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-29.
  4. Российский Государственный Исторический Архив. фонд. 1291, оп. 50, д. 29, л. 62 (об); Qafqazda "erməni məsələsi". Rusiya arxiv sənədləri və nəşrləri üzrə. Üç cilddə. Üçüncü cild. 1906–1914. Bakı: Elm, 2010, s. 152.
  5. Stepanyan, G. S. "Համառոտ ակնարկ Բաքվի Սբ. Գրիգոր Լուսավորիչ եկեղեցու պատմության [A Brief Review of the History of St.Gregory the Illuminator Church in Baku]". Lraber Hasarakakan Gitutyunneri (erməni) (3). 2009: 45–59. 2015-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-08.
  6. Səmyuel Uimz. "Ermənistan – terrorçu "xristian" ölkənin gizlinləri". Bakı: OKA Ofset, 2004, s. 49–50.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]