Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Ölkə
Tip təqaüd, mükafat
Statistika
Təsis tarixi 2002

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüAzərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş şəxslər üçün təyin edilmiş fərdi təqaüd. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli fərmanı ilə Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə təsis edilmişdir.[1]

Fərdi təqaüd Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsi hesabına verilir.

Təqaüdçülər

[redaktə | mənbəni redaktə et]

Təqaüdün təsis edilməsi haqda fərmana uyğun olaraq, hər biri 1000 manat məbləğində 500 fərdi təqaüd müəyyən edilmişdir.

2014-cü ilin əvvəlinə olan rəsmi statistikaya görə, 434 nəfərə Prezidentin fərdi təqaüdü verilir.[2]

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli Sərəncamı ilə fərdi təqaüdə layiq görülən ilk 149 nəfərdən biri olan yazıçı Əkrəm Əylisli, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 fevral tarixli Sərəncamı ilə bu təqaüddən məhrum edilmişdir.[3][4] Buna səbəb olaraq "Böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətləri" göstərilmişdir.

  1. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 11.06.2002. 2014-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11.06.2002.
  2. "Arxivlənmiş surət". Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (az.)). 01.07.2017. 01.07.2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 01.07.2017.
  3. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 11.06.2002. 2014-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11.06.2002.
  4. "Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 07.02.2013. 2014-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 07.02.2013.