Arxada qalmış gələcək (film, 2004)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Arxada qalmış gələcək
Fayl:Arxada qalmış gələcək (film, 2004).jpg
Janr dram
macəra
fantastika
müharibə
uşaq
Rejissor Rüfət Əsədov
Əsərin müəllifi Sergey Abramov
Ssenari müəllifi Yusif Şeyxov
Baş rollarda Fuad Poladov
Ağamehdi Abidov
Azərin
Ömür Nağıyev
Abbas Qəhrəmanov
Pərviz Məmmədrzayev
Mikayıl Mikayılov
Leyla Şahvəliyeva
Operator Amin Novruzov
Bəstəkar Xəyyam Mirzəzadə
Rəssamlar Adil Azay
Əziz Məmmədov
İstehsalçı "Azərbaycanfilm" kinostudiyası
İlk baxış tarixi 2005
Filmin digər adı Uçuş xətti (çəkiliş adı)
Filmin növü tammetrajlı bədii film
Müddət 71 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca (rusca dialoqlarla)
İl 2004
Texniki məlumatlar 8 hissə
2108 metr
"Fuji" kinolenti
Rəng rəngli
IMDb ID6253322

Arxada qalmış gələcək tammetrajlı bədii filmi rejissor Rüfət Əsədov[1] tərəfindən 2004-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. 2004-cü ildə qaçqın düşərgəsində yaşayan dəcəl oğlan Səməd yıxılaraq huşunu itirir və keçmişə — 90-cı illərə, müharibə bölgəsinə, əsgərlərin arasına düşür. O burada onların qəhrəmanlığının şahidi və iştirakçısı olur. Filmdə əsas rolları Fuad Poladov, Ağamehdi Abidov, Azərin,Ömür Nağıyev, Abbas Qəhrəmanov, Pərviz Məmmədrzayev, Mikayıl Mikayılov və Leyla Şahvəliyeva ifa edirlər.

2004-cü ildə qaçqın düşərgəsində yaşayan dəcəl oğlan Səməd yıxılaraq huşunu itirir və keçmişə — 90-cı illərə, müharibə bölgəsinə, əsgərlərin arasına düşür. O burada onların qəhrəmanlığının şahidi və iştirakçısı olur. Oğlan özünə gələndən sonra tamamilə dəyişir.[2]

Filmin ən təsiredici kadrlarından biri qaçqınların özlərinə ev etdikləri vaqonları Səmədin hərəkətə gətirməsidir. Vaqonlar bir-birinə calanaraq hərəkətə başlayır. Rejissor bu yerdə əl-ələ verib nəhayət ki, bu problemi həll etməyin vacib olduğunu göstərməyə çalışmışdır. Eynən bir-birinə calanan və hərəkətə gələn vaqonlar kimi...

  • Qarabağ müharibəsindən bəhs edən ssenari vaxtilə "Torpaq – uğrunda ölən varsa vətəndir" müsabiqəsində mükafata layiq görülüb.
  • Film Sergey Abramovun "Cəbhəyanı meşədə" povesti əsasında çəkilmişdir.

Festival və mükafat

[redaktə | mənbəni redaktə et]

2006-cı ildə Aktauda (Qazaxıstan) "Xəzər – Dostluq Dənizi" festivalında film 2-ci Mükafat almışdır.

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Əsərin müəllifi: Sergey Abramov
Ssenari müəllifi: Yusif Şeyxov
Rejissor: Rüfət Əsədov
Operator: Amin Novruzov
Rəssam: Adil Azay, Əziz Məmmədov
Bəstəkar: Xəyyam Mirzəzadə

Fuad Poladov — Malik
Ağamehdi Abidov — Səməd
Azərin — Səmədin anası
Ömür Nağıyev — Amin
Abbas Qəhrəmanov — Ağaəli
Pərviz Məmmədrzayev — Albert
Mikayıl Mikayılov — Rəşid
Leyla Şahvəliyeva — Mariya
Yuri Baliyev — Şmarov
Aydın Əliyev — Qurgen

  1. ""Arxada qalmış gələcək" filmi nümayiş etdirilmişdir" (az.). AzərTac. 31 iyul 2009. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-19.
  2. "Arxada qalmış gələcək" (az.). Audiovizual əsərlərə müəlliflik hüququ. İstifadə tarixi: 2017-11-19.[ölü keçid]
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 380.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Azərbaycan filmlərinin siyahısı
2004-cü ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]