Aniş Qiri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aniş Qiri
nep. अनिश गिरी
Aniş 2013-ci ildə
Aniş 2013-ci ildə
Ölkə Rusiya Rusiya
Niderland Niderland
Doğum tarixi (30 yaş)
Doğum yeri Sankt Peterburq SSRİ SSRİ
Titulu qrosmeyster
Son reytinqi
  • 2.746 (iyul 2024)[1]
Maksimal reytinqi 2797 (aprel 2019)
FİDE nömrəsi 24116068
anishgiri.nl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aniş Qiri (28 iyun 1994, Sankt-Peterburq) — Rusiyada doğulmuş Holland şahmatçısı və qrosmeysteridir. Aniş qrosmeyster titulunu 14 yaş 7 ayda alıb.

Qiri 4 dəfə Hollandiya Şahmat Çempionu (2009, 2011, 2012, 2015) və 2010-da Corus Şahmat B qrupunu udub. Hollandiyanı 5 dəfə Şahmat Olimpiadasında təmsil edib (2010, 2012, 2014, 2016, 2018).

28 iyun 1994-cü ildə Sankt Peterburqda anadan olmuşdur, atası Nepal hindlisi (Sanjay Giri), anası isə Rusiya vətəndaşıdır (Olga Giri). 2002-ci ildə onlar Yaponiyanın Sapporo şəhərinə köçdülər və 2008-ci ilədək orada yaşadılar. 2008-ci ilin fevral ayından onlar Niderlandın Rijswijk şəhərində yaşayırlar. Onun iki bacısı var, Nataşa və Ayuşa.

2013-cü ildə 'Middelbare Məktəbi'ni Grotius kollecini bitirib (Hollandiyanın Delft şəhərində). Riyaziyyat, fizika, coğrafiyatarix onun sevimli fənnləri olub. 2015-ci ilin 18 iyulunda Sopiko Guramishvili ilə evlənib.

Şahmat karyerası

[redaktə | mənbəni redaktə et]

Qirinin ilk getdiyi klub Sankt Peterburqda yerləşən 'DYUSH-2' olmuşdur. Məşqiçiləri Asya KovalyovaAndrei Praslov idi həmin klubda. Qiri Yaponiyada yaşadığı zaman Yaponiya Şahmat Assosasiyasının və Sapporo Şahmat Klubunun uzvü idi.

Qirinin reytinqi 2006-ci ilin aprelindən 2010-cu ilin iyuluna kimi 2114-dən 2672-yə qalxmışdır.

Qiri 2007-ci ildə Rusiya Yüksək Liqada 14 yaşa qədər oğlanlar arasında çempionatda 9 oyundan 6.5 xal topladı və birinci yeri paylaşdı, Sankt Peterburda 16 yaşa qədər oğlanlar arasında qalib oldu və 18 yaşa qədərlər arasında 3-cü yerə çıxdı. Növbəti ildə Blokadny Sankt Peterburq Open-də birinci yeri palaşdı və Petrograd Winter Open-də qalib oldu 9 oyundan 8.5 xal toplamaqla. 2008-ci ilin aprelində ilk qrosmeyster normasini yerinə yetirdi və Intomart GfK Open-də 9 oyundan 7 xal toplayaraq birinci yer oldu, Kunsthalle GM Open-də ikinci və ikinci qrosmeyster normasını Qroningendə yerinə yetirdi 9 oyundan 6.5 xal toplayaraq (4-cu yerə çıxdı).

2009-cu ilin yanvarında 3-cü qrosmeyster normasını Corus Chess Group C turnirində ikinci yeri paylaşmaqla yerinə yetirdi, onun qrossmeystr titulu iyunda təsdiqləndi. O, Hollandiya Open-də ikinci, Hollandiya Çempionatında qalib və Unive turnirində ikinci yeri paylaşdı.

Qirinin eəvəlki il Corus şahmat C qrupundakı olan performansı ona 2010-da B qrupunda yer qazandırdı. O turniri 9/13 hesablı qələbə ilə qalib başa vurdu, yarım xal Arkadij Naiditschdən çox. Avropa Fərdi Çempionatındakı ürək açmayan nəticəyə baxmayaraq o Nigel Shortla heç-heçə edir və Sideman & Co turnirini 4.5/5 xalla qalib başa vurur. Hollandiya Çempionatında Erwin L'Aminin arxasında çempionatı ikinci başa vurur və NH turnirində Yüksələn Ulduzlar komandasının heyətində Təcrübəliler komandasına qarşı ən çox xal toplayan üzvlerindən biri olur, amma Hikaru Nakamuraya tay-breklərdə məğlub olaraq Amber şahmat turnirinə vəsiqəni təmin edə bilmir.

2010-cu ilin mayında bilindi ki, Qiri Vişvanatan Ananda Dünya Şahmat Çempionluğu 2010 üçün məşqlərə kömək edirdi. Anandın rəqibi Veselin Topalov idi və Anand titulu saxlamaq üçün oyunu 6.5-5.5 hesabla uddu.

2011-də Tata Steel-də 6.5/13 xal topladı və 22-ci gedişdə Maqnus Karlseni qara fiqurlarla uddu. Qiri həmçinin ikinci dəfə Hollandiya çempionu oldu, Sigeman & Co-də Uesli SoHans Tikkanen ilə birinci yeri bölüşdülər.

2012 Reggio Emilia turnirində ən aşağı reytinqə sahib olmasına baxmayaraq Qiri qalib oldu, 3-cü Hollandiya çempionluğuna iddialı oldu və güclü Biel Şahmat Festivalında 3-cü yeri paylaşdı. Reykjavik Open-də 4-cü yeri tutdu və qələbə oyunu Vassily Ivanchuka qarşə 2013-də Leonda oldu.

Qiri 2012/13 və 2014/15 FIDE Qran Pri dövründə iştirak etdi amma hər ikisində Dünya Şahmat Namizədlər Turnirinə vəsiqə qazana bilmədi.

2004-də Tata Steel turnirində Qiri 2-ci yeri bölüşdü, Tromsoda keçirilən 41-ci şahmat olmupiadasında 1-ci lövhədə göstərdiyi oyuna görə fərdi bürünc medal qazandı və Qatar Master Open-də ikinci bitirdi.

Qirinin hazırkı məşqiçisi Vladimir Tukmakovdur, əvvəlki Vladimir Chuchelov idi.

Şahmat Olimpiadası

[redaktə | mənbəni redaktə et]

Qiri 3 dəfə Niderlandı şahmat olimpiadasında təmsil edib və 2 bürünc medal qazanıb və 29 oyunda 20 xal toplayıb (+13=14-2).

Olimpiada Lövhə Fərdi nəticə Komanda nəticə
39-cu şahmat olimpiadası, Xantı-Mansi 2010 4-cü 8/11 (Bürünc) 15-ci
40-ci şahmat olimpiadası, İstanbul 2012 1-ci 4/7 6-cı
41-ci şahmat olimpiadası,Tromso 2014 1-ci 8/11 (Bürünc) 12-ci
42-ci şahmat olimpiadası,Bakı 2016 1-ci 7/11 36-cı

Başqa komandalarda nəticə

[redaktə | mənbəni redaktə et]

Qiri həmçinin Dünya Komanda Çempionatında, 2 dəfə Avropa Komanda ÇempionatındaDünya Şəhərləri Çempionatında mübarizə aparıb, Dünya Şəhərləri Çempionatında komanda qizil medal qazanıb.

Çempionat Lövhə Fərdi nəticə Komanda nəticə
2011 Avropa Komanda Çempionatı 4-cü 5/9 (7-ci) 6-cı
2012 Dünya Şəhərləri Çempionatı 1-ci 5/7 Qızıl
2013 Avropa Komanda Çempionatı 1-ci 6½/9 (7-ci) 11-ci
2013 Dünya Komanda Çempionatı 1-ci 5/9 (5-ci) 6-cı

Qiri bir neçə klublar üçün komanda turnirlərində oynuyub, bunlara 2008-ci ildən SK Turm Emsdetten klubunda Şahmat Bundesliqasında, HSG (Hilversum Chess Society), Delftsche SchaakClub (Delft Chess Club), HMC Calder və En Passant daxildir. O İspaniya liqasında Sestao Naturgas Energia klubunda, Fransa liqasında (top-16) l'Echiquier Châlonnais klubunda və Rusiya liqasında SHSM-64-də oynuyub.

Maraqlar və Bacarıqlar

[redaktə | mənbəni redaktə et]

Qiri Rus, İngilisHolland dillərində səlis və Yapon, NepalAlman dillərini qismən əla səviyyədə bilir. Stolüstü tennisfutbol oynamağı sevir.

O məşhur şahmat saytı olan Chessbase üçün bir neçe top oyunların annotasiyasını, öz oyunlarının analizlərini və bir neçə məqalə jurnallar üçün yazıb (New in Chess, Schach Magazin 64). ChessVibes Training jurnalında köşə yazarı olub.

2014-cü ildə Aniş Qiri ilk kitabını nəşr etdirib - "Şahmatda gənclik illərim" (My Junior Years In Chess).

FIDE-nin aprel ayına olan reytiqn cədvəlində 2797 ELO balı ilə dünya üzrə 4-cü yerə yerdə qərarlaşmışdır[2].

  1. FİDE FIDE Standard Ratings as of 31 jul 2024. 2024.
  2. "FIDE Chess Profile". 2020-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-08.