41°28′42″ şm. e. 46°37′03″ ş. u.HGYO

Əliabad (Zaqatala)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əliabad
41°28′42″ şm. e. 46°37′03″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 262 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 10.700 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6218
Xəritəni göstər/gizlə
Əliabad xəritədə
Əliabad
Əliabad

ƏliabadAzərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Zaqatala rayonunun Əliabad kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Əliabad kənd Soveti ləğv edilərək, Əliabad şəhər tipli qəsəbəsi mərkəz olmaqla Əliabad qəsəbə Soveti yaradılmışdır.[1]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Tarixi abidələr: Pəri qala, qədim qəbristanlıq, Cümə məscidi[2], Mada Əlinin evi, 1000 yaşlı palıd ağacı.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Əliabad qəsəbəsi, rayon mərkəzindən 18 km aralı, Zaqatala-Balakən şose yoluna bitişik bir ərazidə yerləşir. Qəsəbə Qımır, Suvagil, Lahıc, Bəhmədli, Mosul, Yengiyan, Qandax, Əli Bayramlı kəndləri ilə həmsərhəddir. Ərazisi 6089 hektardır.[3]

14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Əliabad şöbəsi, Əliabad kənd cəmiyyəti tərkibinə daxil olan Əliabad kəndində 790 evdə sünni etiqadlı müsəlman ingiloylardan ibarət 4.351 nəfər (2.223 nəfəri kişilər, 2.128 nəfəri qadınlar) əhali yaşayırdı.[4]

13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən qəsəbədə 10.394 nəfər (5.147 nəfəri kişilər, 5.247 nəfəri qadınlar) əhali yaşayırdı.[5]

1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən qəsəbə əhalisi 10.586 nəfər, 1 yanvar 2013-cü il tarixinə isə 10.7 min nəfərdir.[3][6] Rəsmi məlumata əsasən qəsəbə əhalisinin əksəriyyəti azərbaycanlılardır.[3] Qeyri-rəsmi məlumatlara əsasən isə qəsəbə əhalisinin 95 %-ni etnik ingiloylar təşkil edir.[7] Dini mənsubiyyəti, əsasən müsəlman.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşguliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.

Qəsəbədə 1 mədəniyyət evi, 3 klub, 4 kitabxana, 2 rabitə şöbəsi, 1 elektron ATS, 1 yanğınsöndürmə məntəqəsi vardır.

Qəsəbədə 4 ümümtəhsil məktəbi və 3 uşaq bağçası fəaliyyət göstərir.

Qəsəbədə 75 çarpayılıq xəstəxana və doğum evi, 6-dan çox aptek mövcuddur.

  1. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
  2. Əliabad Cümə Məscidinin dünəni və bugünü Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine. kulturaplus.az, 30.06.2015  (az.)
  3. 1 2 3 Bələdiyyələr // Zaqatala-ih.gov.az
  4. Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893
  5. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Zaqatala rayonu[ölü keçid]
  6. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine: 2013-cü ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine (min nəfər)
  7. SİL (Summer Institute of Linguistics) İnternational Electronic Survey Reports 2005: The sociolinguistic situation of the Inghiloi of Azerbaijan Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine