İstifadəçi müzakirəsi:Toma1974

Vikipediya, azad ensiklopediya
Ən son rəy:8 ay öncə, Sura Shukurlu tərəfindən "Alt pliosen səhifəsinin silinməyə namizəd göstərilməsi" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç
   Vikipediya Xoş gəldiniz, Toma1974!
Tez-tez soruşulan suallar Salam, Toma1974. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!

Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin.

Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun.

Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı Redaktə və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. Redaktənizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz!

imzanı belə atmaq olar

Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya alətlər lövhəsindəki müvafiq düyməni (şəkildə) basaraq imzanızı atmağı unutmayın.

Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə {{iş gedir}} şablonunu yerləşdirə bilərsiniz.

İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edərsiniz.

Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz.

Suallarınızı Kənd meydanında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır.

Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
Məqalə adları
Redaktə qaydaları
Vikipediya qaydaları
Beş əsas prinsip
Stil kitabçası
Fayl yüklə
Müəlliflik hüquqları
Yeni məqalə yarat

--eldarado 09:43, 21 may 2017 (UTC)Cavabla

Minerallar haqqında məqalələr

[mənbəni redaktə et]

Salam, cənab istifadəçi. Minerallarla bağlı yaratmış olduğunuz məqalələri izləyirəm. Zəhmət olmasa məqalə yaradarkən bəzi sözlərə daxili keçid əlavə etməyi unutmayın. Məsələn Kianit mineralı ilə bağlı olan məqalənin Mənşəyi və yayılması bölməsinə bir necə daxili keçid əlavə etmişəm. Daxili keçid əlavə etməkdən ötrü, daxili keçidi vermək istədiyiniz sözü [[]] bu formalı mötərizənin içərisində göstərməlisiniz. Birdə Mineral şablonunun hər mineral məqaləsində istifadə olunması və zəruri bölmələrin doldurulması vacibdir. Sizin və IbrZulya ı istifadəçinin fəaliyyəti digər yeni istifadəçilərə baxanda çox yaxşıdır və inanıram ki, yuxarıda qeyd edilən məsləhətləri də gələcəkdə nəzərə alacaqsınız. Nəsə sualınız olsa bura və ya mənim müzakirə səhifəmə yaza bilərsiniz. Hörmətlə:--Baskervill 22:02, 27 may 2017 (UTC)Cavabla

Minerallar

[mənbəni redaktə et]

Salam, istifadəçi Toma1974. Minerallar haqda məqalələrdə çox sayda qısaltmalardan istifadə etmisiniz. Xahiş edirəm ki, həmin qısaltmaları açıq şəkildə yazasınız ki, oxucular üçün nədən söhbət getdiyi aydın olsun. Yəni yaratdığınız məqalələrin keyfiyyətinə diqqət etməyinizi xahiş edirəm. Əks halda heç bir məna ifadə etmədiyi üçün məqalələrin həmin bölmələrini silmək məcburiyyətində qalacağıq. Həmçinin, məqalə adlarında "mineral" sözünü yazmağınıza ehtiyac yoxdur. Bu yalnız o zaman lazımdır ki, həmin mineralın adını daşıyan, amma başqa şeydən bəhs edən ayrı məqalə artıq Vikipediyada olmuş olsun. O zaman siz məcburən məqalənizin adında bu cür dəqiqləşdirici ifadədən istifadə etməli olacaqsınız.--Wertuose (müzakirə) 07:08, 31 may 2017 (UTC)Cavabla

Salam, Wertuose. Biz məlumatları dəqiq məmbələrdən götürürük. Həmin məlumatlar elmi müəssisədə (AMEA Geologiya və Geofizika İnstitutu) alimlər və ekspertlər tərəfindən yığılıb və nəşr olunub. Bəzi minerallar haqqında ola bilsin qısa məlumatlar var. Amma bu o demək deyilki bu yerləşdirdiyimiz məqalələrdən məlumat əldə etmək olmaz. Həmçinin özünüz də gördüyünüz kimi bu yerləşdirdiyimiz minerallar haqqında wikipedia-da heç bir məlumat yoxdur, inanmıram ki, uzun müddətdə də olsun. Əgər kiminsə həmin mirellar haqqında daha geniş məlumatı olacaqsa, bizim yerləşdirdiyimiz məlumatlara əlavə edə bilərlər. Yəni heç bir məlumat olmamaqdansa, heç olmasa qısa da olsa istifadəçilər üçün bu məlumatlar kömək və ya da yararlı olacaq. --AyselkaDjabrailova (müzakirə) 09:53, 31 may 2017 (UTC)Cavabla
AyselkaDjabrailova xanım, siz məni düzgün başa düşməmisiniz deyəsən. Söhbət məqalənin qısa olmasından getmir, Vikipediyada çox sayda belə məqalə var və bu problem deyil. Mənin dediyim məsələ məqalədə çox sayda izahı verilməyən abbreviaturaların istifadə edilməsidir. Minerallar haqda yeni yaradılmış məqalələrdən istənilən birinin Xassələri bölməsinə baxmağınız kifayətdir ki, nə dediyimi anlayasınız. Məsələn, Botriogen məqaləsində yazılıb:

R – açıq-narıncıdan tünd narıncı-qırmızıyadək; C – oxra kimi sarı; P – şüşə; Ş – şəffaf, yarımşəffaf; SX – 2,14; S – 2-2,5; Kövrəkdir; AR – {010} üzrə mükəmməl; {110} üzrə orta; SN – qabıqvarı; M – XX: prizmatik; A: salxım- və böyrəkvari aqreqatlar, şualı quruluşlu sferolitlər, qabıqlar.

Buradakı R, C, P, Ş, SX, S, AR, SN, M - XX, A hərflərinin nə məna ifadə etdiyini açıq yazmaq lazımdır. Bu məlumatların kopyalandığı kitabların əvvəlində yəqin ki, bu hərflərin izahları qeyd edilib. Əgər S hərfi burda sərtliyi bildirirsə, o zaman elə açıq şəkildə Moos şkalası üzrə sərtliyi 2-2,5-ə bərabərdir yazmaq lazımdır, yoxsa indiki halda bu abzasın adi oxucu üçün heç bir faydası yoxdur. Eləcə də məqalələrin digər bölmələrində də belə abbrevaturalardan istifadə edilib.--Wertuose (müzakirə) 11:34, 31 may 2017 (UTC)Cavabla
Wertuose, a ok başa düşdüm. Onları düzəldərik. Təşəkkürlər :) --AyselkaDjabrailova (müzakirə) 12:36, 31 may 2017 (UTC)Cavabla

Öncədən mövcud olmuş məqaləni yaratmaq

[mənbəni redaktə et]

Salam, cənab istifadəçi. Sizin tərəfinizdən yaradılmış Kaolinit məqaləsi, daha öncədən Kaolinit formasında mövcud olmuşdur. Zəhmət olmasa məqalə yaradarkən onun Azvikidə olub-olmamasını dəqiqləşdirin. Cənab AyselkaDjabrailova bu barədə sizin də məlumatlı olmağınızı istərdim.--Baskervill 13:28, 31 may 2017 (UTC)Cavabla

Salam. Diqqət edərik, çox sağ olun. --AyselkaDjabrailova (müzakirə) 09:04, 1 iyun 2017 (UTC)Cavabla

Palçıq vulkanları

[mənbəni redaktə et]

Palçıq vulkanları haqqında məqalələriniz olduqca əladır. Xüsusi ilə əhəmiyyətli olan və hələdə vikipediyada öz əksini tapmayanları. Ancaq sizdən bir ricam vardır əgər yazdığınız vulkanların dəqiq koordinatlarını bilirsinizsə onlarıda əlavə etməyi unutmayın. Hörmətlə__Q🅾⚓Ç🅾Ⓜ🅰Q (müzakirə) 11:35, 1 iyun 2017 (UTC)Cavabla

Düşünürəm ki, bu {{Azərbaycanın palçıq vulkanları}} sizə gərəkli ola bilər.__Q🅾⚓Ç🅾Ⓜ🅰Q (müzakirə) 11:58, 1 iyun 2017 (UTC)Cavabla

Blok

[mənbəni redaktə et]

Salam. Sizin müzakirə səhifənizdə bir neçə dəfə abbreviaturalardan istifadə etməmək barədə müraciət edilmişdi. Son məqalələrinizin hamısında bu tələbi pozmusunuz. Odur ki, xəbərdarlıqlara məhəl qoymadığınız üçün 24 saat müddətinə bloklanmısınız.--Wertuose (müzakirə) 05:34, 7 iyun 2017 (UTC)Cavabla

AyselkaDjabrailova, məlumunuz olsun. Kitablardan kopyalanmış mətnlərin dəyişiklik edilmədən Vikipediyaya yerləşdirilməsi qadağandır, amma idarəçilərimiz Vikipediyada məzmunun artırılması xətrinə buna göz yumurlar. Lakin, məqalələrin heç olmasa anlaşıqlı olmasını təmin etsəniz, daha çox fayda vermiş olarsınız.--Wertuose (müzakirə) 05:37, 7 iyun 2017 (UTC)Cavabla
Salam, Wertuose. Dünən bizim işdəki ip-ni blok olunduğuna görə, sizə cavab verə bilmə. Mən çalışdığım qədər bu işlərə nəzarət edirəm. Əvvəlki məqalələri hissə hissə düzəldirəm (qısaldılmış sözləri düzəldirəm). Hamısını düzəldəcəm, amma biraz vaxt lazımdır, hamısını birdən düzəldə bilmiyəcəm :) Bundan sonra nəşr olunmamışdan əvvəl baxacam məqalələrə, bundan sonra problem olmayacaq. Təşəkkürlər :) --AyselkaDjabrailova (müzakirə) 08:54, 8 iyun 2017 (UTC)Cavabla

Dəvət

[mənbəni redaktə et]

Salam. Sizi mənim idarəçilik statusum ilə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm.--Anar kerimxanov (müzakirə) 11:35, 22 iyun 2017 (UTC)Cavabla

"Badamlı" mineral bulaqları səhifəsinin silinməyə namizəd göstərilməsi

[mənbəni redaktə et]
"Badamlı" mineral bulaqları səhifəsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/"Badamlı" mineral bulaqları səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

surə m 09:03, 13 yanvar 2024 (UTC)Cavabla

Alt pliosen səhifəsinin silinməyə namizəd göstərilməsi

[mənbəni redaktə et]
Alt pliosen səhifəsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Alt pliosen səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

surə m 09:18, 13 yanvar 2024 (UTC)Cavabla