Krilon burnu
Naviqasiyaya keç
Axtarışa keç
Krilon burnu | |
---|---|
Yerləşməsi | |
45°54′00″ şm. e. 142°05′00″ ş. u.HGYO | |
Akvatoriya | Sakit okean |
Ölkə | Rusiya |
|
Krilon burnu (rus. Мыс Крильон) — Saxalin adasının cənubunda yerləşən Krilon yarımadasının cənub qutaracağını təşkil edir. Burun Laperuz tərəfindən fransız hərbçisi Lui-Balbes de Krilonun şərəfinə adlandırılmışdır.
Burun şimaldan ensiz, qayalı bərzəxlə Krilon yarımadası ilə birləşir. Qərbdən Yapon dənizi, şərqdən isə Oxot dənizinin Aniva körfəzi suları ilə yuyulur. Cənubdan Laperuz boğazı ilə Hokkaydo adasından ayrılır. Burunda meteoloji stansiya yerləşir[1]. Burada Sakit okean donanmasına aid mayak vardır. Burundan bir qədər aralıda Kamen Opasnosti adası yerləşir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Krilon burnu
- Krilon burnunun mayakı
- Krilon mayakı
- Адмирал С. О. Макаров на мысе Крильон 22 сентября 1895 г
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Krilon burnu". 2007-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-02.