Qədim qıpçaq dili

Vikipediya, azad ensiklopediya
(Qıpçaq dili səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Qədim qıpçaq dili
Danışanların ümumi sayı
  • 0 nəf.
Təsnifatı
türk dilləri
Ortaq türk dili
Qıpçaq dilləri
Kuman-qıpçaq dilləri
Qədim qıpçaq dili
Dil kodları

Qədim qıpçaq dili — VIII–IX əsrlərdə İrtış çayının yuxarı axarında və Altay dağlarında kiməklər ilə birlikdə yaşamış qıpçaqların danışdığı dil.[1] Ölü dildir. Türk dillərinin qıpçaq qolunu təşkil edir.

IX əsrdə qıpçaqlar İrtış çayının qərbindəki çöllərə köçərək oğuzları oradan sıxışdırmışdılar. Sonralar, XI əsrdə qıpçaqların bir hissəsi Volqa çayını keçərək Qara dəniz çöllərində məskunlaşmışdır. Onların oğuz və ya bulqar tipli dillərdə danışan peçeneqləri, torkları, bulqarları, xəzərləri və başqa türk tayfalarını ərazidən qovduqları və ya assimilyasiya etdikları ehtimal olunur.

XIII əsrdən başlayaraq Qızıl Ordada qıpçaq dillərinin müxtəlif dialektləri danışıq-ünsiyyət dilləri olmuşdur. Yazı dili rolunu cənuba doğru inkişaf edən dialektlər – Xarəzm türkcəsi və daha sonra Cığatay dili oynamışdır. XIV əsrdə Kafada (indiki Feodosiya) yaşayan bir genuyalı tacir oğlu üçün Böyük ipək yolu üzərində ticarətlə bağlı təlimat yazmışdır. Orada belə bir ifadə var: "Böyük ipək yolu ilə karvanla yola düşməzdən əvvəl saqqal uzatmalı, saçını qırxmalı, qulluqçu, iki kəniz tutmalı və qıpçaq dilini öyrənməlisən".[2]

Qədim qıpçaq dili qıpçaq dillər qrupunun (Krım-tatar, kəraim, qırımçaq, qaraçay-balkar, qumuq, noqay, qazax, qaraqalpaq, tatar, sibir-tatar, başqırd) əsasını təşkil etmişdir.[3]

  1. Кляшторный С. Г., Савинов Д. Г. Степные империи древней Евразии. СПб.: Филологический факультет СПбГУ. 2005. ISBN 5-8465-0246-6.
  2. Гаркавец, Александр Николаевич. Нам не надо выдумывать свою историю Arxivləşdirilib 2017-07-14 at the Wayback Machine
  3. Баскаков Н. А. К вопросу о классификации тюркских языков // Известия Академии наук СССР. Отделение литературы и языка . XI (2). М. 1952. 121—134.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]