OSS 117: Qahirə – casus yuvası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
OSS 117: Qahirə – casus yuvası
OSS 117: Le Caire, nid d'espions
Janr komediya
ekşn
Rejissor Mişel Hazanaviçus
Prodüserlər Erik Alyimayer
Nikolas Altmayer
Ssenari müəllifləri Mişel Hazanaviçus
Jan-Fransua Alin
Baş rollarda Jan Düjarden
Berenis Bejo
Or Atika
Operator Giyom Şiffman
Bəstəkarlar Burse
Lüdovik
İstehsalçılar Gaumont
Canal+
Distribütor Netflix
İlk baxış tarixi 2006
Müddət 99 dəq.
Büdcə 14.090.000 €
Ölkə Fransa Fransa
Dil fransızca
İl 2006
Rəng rəngli
Çəkiliş yeri Mərakeş
IMDb ID0464913

OSS 117: Qahirə – casus yuvası filmi rejissor Mişel Hazanaviçus tərəfindən 2006-cı ildə ekranlaşdırılmışdır. Əsas rolları Jan Düjarden
Berenis Bejo
Or Atika ifa edirlər.

Hadisələr 1955-ci ildə Misirdə cərəyan edir. Burada taxtdan düşmüş Faruk yenidən taxt-tacı ələ keçirmək istəyir, dini sekta olan "Xeopsun qartalları" da hakimiyyətə can atır. Fransız hökuməti Qahirədə qayda-qanun yaratmaq üçün ən yaxşı casusunu-Agent 117-ni oraya göndərir. Yuber (Agent 117) zarafatı və əyləncəni sevir. Burada bir neçə şəxslə tanışlıqdan sonra vəziyyəti öyrənir. Onun köməkçiləri misirli casus qadın Larmina və ingilis casusu "inkoqnito"dur. Beləliklə, Yuberi bir çox macəralar gözləyir.

Jan Düjarden — Agent 117
Berenis Bejo — Larmina El Akmar Betuç
Or Atika — şahzadə Taruk
Filipp Lefevr — Cek Cefferson
Loren Batye — qarderobçu
Konstantin Aleksandrov — Saqdiyev
Riçard Sammel- — Moler